Avtobusa əlavə oturacaqlar yerləşdirilib - VİDEO

Arxa hissəyə qanunsuz olaraq kustar üsulla əlavə oturacaqlar quraşdırılıb. Bəzi yerlərdən isə daha çox sərnişin yığmaq üçün mövcud oturacaqlar çıxarılıb. Kadrlar "Xətai" metrostansiyası - Hövsan istiqamətində hərəkət edən 175 saylı marşrut avtobuslarındandır. Avtobusların hamısı dağılmış haldadır və təhlükəsizlik tələblərinə cavab vermir. Üstəlik bu avtobusların daxilində konstruksiya dəyişikliyi də edilib.
Standarta uyğun olaraq bu avtobuslarda arxa hissədə 3 oturacaq olmalıdır. Ancaq görürük ki, bura əlavə iki oturacaqda quraşdırılıb. Bunu elə onların rəngindən də görmək mümkündür. Bu oturacaqlar kustar üsulla quraşdırıldığı üçün olduqca təhlükəli sayılır. Avtobuslarda natəmizliyin baş alıb getməsi də, sərnişinlər üçün vəziyyəti daha da acınacaqlı edir
Sürücülər isə müxtəlif cavablarla məsuliyyəti üzərlərindəna atmağa çalışır. Avtobusların məxsus olduğu şirkət məsələyə münasibət bildirmədi. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyir ki, sözügedən problemlə bağlı 175 saylı avtobusun məxsus olduğu şirkətə xəbərdarlıq edilib. Əgər xəbərdarlığa əməl edilməsə həmin marşurut ləğv ediləcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











