Avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb

Bakıda sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü işdən çıxarılıb. “Report” xəbər verir ki, bununla bağlı qərar sərnişinlərdən birinin şikayəti əsasında qəbul edilib. Belə ki, vətəndaş avtobusun sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olması ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) şikayət edib. BNA-nın ictimai nəqliyyatın tənzimlənməsi şöbəsinin müdiri İlqar İbrahimovun imzası ilə daxil olan cavab məktubda bildirilib ki, 142 nömrəli marşrut üzrə istismar olunan 10-TG-620 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması ilə bağlı müraciətə baxılıb: “142 nömrəli marşrutun müvəqqəti istismarçısına adı çəkilən marşrut üzrə xidmət göstərən sürücülərin nəqliyyat vasitəsini idarə edərkən sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olmaması ilə bağlı müvafiq tədbir görməsi və nəticə barədə agentliyə məlumat verməsi tapşırılıb. Daşıyıcı bildirib ki, marşrut üzrə xidmət göstərən sürücülər və əlaqədar şəxslərlə ümumi iclas keçirilərək təlimatlandırılıb və 10-TG-620 dövlət nömrə nişanlı avtobusun sürücüsü Alıyev Vaqif Qaçay oğlu 15.02.2018-ci il tarixində işdən azad edilib”.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












