Avtomobil oğrusundan ŞOK hərəkət – İnanılmaz ÜSUL – VİDEO

Sürücü avtomobilini saxlayıb dükana düşür, ona uzaqdan göz qoyan oğru ehmalca avtomobilə əyləşərək dəyərli əşyaları oğurlayır. Avtosfer.az xəbər verir ki, videonun məğzi bundan ibarətdir. Hadisə xarici ölkələrdən birində təhlükəsizlik kamerasına yansıyıb.
Psixoloqlar bildirirlər ki, sürücü qısa müddətə avtomobilini tərk etdikdə maşınını güvəndə hiss edir. Lakin ən çox "əlüstü oğurluqlar" da məhz belə hallarda olur. Avtomobili tərk edərkən, fikri nə alacağının yanında olan sürücü geri qayıdıb maşınına əyləşəndə nəyinsə itdiyinin fərqinə varmır. Bir çox hallarda belə cinayətlərin üstü açılmır. Ona görə də sürücüləri diqqətli olmağa çağırırıq. Avtomobildən qısa müddətə uzaqlaşanda da qapıları bağlayın ki, arxayınçılıq olsun. Necə deyərlər, ehtiyat igidin yaraşığıdır.
Bu videoda ən diqqətçəkən məqam isə oğrunun peşəkarlığıdır. Diqqətlə baxın, avtomobil dayanan kimi oğru yaxınlaşıb arxa qapını açır. Sürücü isə həmin anda maşından düşmək üçün qapını açdığı üçün bunu hiss etmir. Beləliklə də, sürücü maşından uzaqlaşan kimi oğru maşına yaxınlaşır və az öncə açdığı arxa qapıdan salona daxil olub oğurluq edir. Odur ki, ən müşüm məsələrdən biri də maşın dayanan kimi kimsə yazınlaşarsa diqqət edin. Maşından uzaqlaşmamış qapıların bağlı olub-olmadığına əmin olun.
Fuad
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











