Azərbaycan Qran Prisində 1200 marşal iştirak edəcək

2017 Azərbaycan Qran Prisində 1200 marşal iştirak edəcək. 75 nəfəri Bəhreyndən, qalanları isə digər ölkələrdən olmaqla, ümumilikdə 150-170 marşal yarış üçün Bakıya gələcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.
O bildirib ki, marşal proqramına qeydiyyat prosesinə ötən ilin dekabrın 5-də başlanılıb və bu proses fevralın 1-dək davam edəcək: “İndiyədək 1500-ə yaxın namizəd qeydiyyatdan keçib. Bununla yanaşı, paralel olaraq müsahibə prosesi də aparılır. Marşalların təliminə mart ayında start veriləcək və bunun üçün Bakıda unikal təlim mərkəzi fəaliyyətə başlayacaq”.
N.Arpadarai ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdiriləcəyini söyləyib. Onun sözlərinə görə, indiyədək 6 minə yaxın şəxs könüllü olmaq üçün qeydiyyatdan keçib.
O qeyd edib ki, könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 1 iyun 2017-ci il tarixinə qədər 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli olmalı və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar: “Könüllülərin şəxsi inkişafını təmin etmək məqsədilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində akademiya fəaliyyət göstərəcək və 2 fevral tarixində bu akademiyanın rəsmi açılışı olacaq. Akademiyada müsahibə mərhələsindən uğurla keçmiş könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər ilə yanaşı, xarici dil üzrə danışıq klubları təşkil olunacaq”.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











