Azərbaycanda 7 gündə yollarda 7 nəfər öldü - VİDEO

Ağsuda zəncirvari qəza baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alib. Lənkəranda isə minik avtomobili piyadani vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sumqayıtda da ölümlə nəticələnən qəza baş verib. Faciəvi qəza Sumqayıtın şimal girişində baş verib, 3 nəfər ölüb. Yol polisi olan Ramin Tahirovun avtomobili sürətlə gedərkən 3 saylı marşrut üzrə hərəkət edən avtobusla toqquşub. Nəticədə sürücü və avtomobildə olan 2 sərnişin ölüb, 1 nəfər isə ağır xəsarət alıb. Ağsuda isə zəncirvari qəza ölümlə nəticələnib. Ağır qəza gecə Ağsu-Göyçay yolunun Padar kəndindən keçən hissəsində baş verib. Rusiya vətəndaşı, 25 yaşlı Dmitri Pavlovun idarə etdiyi minik avtomobili eyni istiqamətdə hərəkət edən və Ağsu sakini Mehman Cavadova məxsus traktorun qoşqusuna çırpılıb. Zərbənin təsirindən qoşquda olan su çəni bir neçə metr kənara düşüb, avtomonil isə qarşıdan gələn və Göyçay sakini İntiqam Bəşirovun minik maşınına çırpılıb. Nəticədə qəzaya uğrayan avtomobildəki sərnişin 24 yaşlı Aleksandra Lıkçina yerindəcə ölüb. Hər iki avtomobilin sürücüsü və bir sərnişin, Andrey Blinski ağır yaralı halda Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır olaraq qalır. Ölən və yaralananlar əzilmiş avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.
Lənkəranda baş verən qəzada isə piyada ölüb. Hadisə gecə Ələt-Astara magistralının Digah kəndindən keçən hissəsində qeydə alınıb. Göyşaban kənd sakini Samir Ağayevin avtomobili yolu keçən piyada Bərdə sakini, 72 yaşlı Qurban Abbasovu vurub. Ağır xəsarətlər alan piyadanı sürücü xəstəxanaya aparsa da o, yolda dünyasını dəyişib.
Ümumilikdə isə Azərbaycanda 2 gündə baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Avtosfer.az DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 25-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb. İyunun 26-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











