Banner

Azərbaycanda ağır qəzadan sonrakı görüntülər - VİDEO

Avtoreyd 5 Avqust 2016 18:10
Azərbaycanda ağır qəzadan sonrakı görüntülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

Bu gün Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Avtosfer.az "Report"a istinadən qəzadan sonrakı görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb. "KİA" markalı minik avtomobilində Bakı şəhər sakinləri, sürücü - 1986-cı il təvəllüdlü Əli Əkbərov, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Leyla Salahova, övladı 2016-cı il təvəllüdlü Yunis Əkbərov və L.Salahovanın atası 1938-ci il təvəllüdlü Yunis Salahov, "VAZ-2107" markalı minik maşınında isə sürücü Kürdəmir rayonu, Şilyan kənd sakini, 1964-cü il təvəllüdlü Səftər Məmmədov olub. Onların hamısı ağır xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leyla Salahova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 9971
ŞƏRH YAZ
Ad

E-mail

Şərh