Azərbaycanda iki ağır qəza - Hər ikisində "07" var - VİDEO

Minik avtomobilləri toqquşdu, iki nəfər öldü. Ağır qəza Cəlilabadın Dövlətalıbəyli kəndində baş verib. Rayonun Tahirli kənd sakini, Telman Ağayevin idarə etdiyi minik avtomobili qarşıdan gələn, Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun sükan arxasında olduğu minik maşını ilə toqquşub. Hər iki sürücü hadisə yerində ölüb. Sərnişinlər-Xatirə İbrahimova və onun azyaşlı oğlu Feyruz İbrahimov müxtəlif bədən xasarətləri ilə Cəlilabad Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
Xatirə İbrahimovanın vəziyyəti daha da ağırlaşdığından paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal edilir.
Qobustanda baş verən qəzada isə 1 nəfər dünyasını dəyişib. Bakı-Şamaxı yolunun "Acıdərə" adlanan ərazisində iki minik maşını toqquşub. Avtomobillərdən birində olan sərnişinlər-37 yaşlı Samirə Şükürova, 57 yaşlı Südabə Bayramova və onun bacısı, 58 yaşlı Roza Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Südabə Bayramovanın həyatını xilas etmək mümkün olmayıb. Digər xəstələrin vəziyyəti kafidir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











