Banner

Azərbaycanda saatda 140-la gedən sərnişin mikroavtobusu - VİDEO

Avtoreyd 14 Sentyabr 2016 21:59 Oxunub 16054
Azərbaycanda saatda 140-la gedən sərnişin mikroavtobusu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şüurlu sürücü özündən başqa ən azı 10 nəfərin həyatına cavabdeh olduğunu dərk etməlidir

Əslində, son vaxtlar yollarda baş verən qəzaların səbəbləri bizi də düşündürdüyü üçün Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış şəkildə çəkiliş qrupumuzu Bakıdan İsmayıllıyadək səfərbər etdik. Maraqlı faktlar üzə çıxdı. Onlardan biri də elə bu videoda əksini tapır.

Avtosfer.az-ın «Bizim radar» rubrikasında belə sürücüləri ifşa etməyə çalışırıq ki, bəlkə qaydalara əməl etməyi öyrənmiş olarlar. «Bizim radar»a düşən növbəti sürücü «Ford» markalı, 31 BC 713 dövlət nömrə nişanlı mikroavtobusu idarə edir. Əməkdaşlarımız içərisi sərnişinlə dolu olan bu mikroavtobusu ötən həftə Bakı-Şamaxı yolunun Qobustun rayonu ərazisindən keçən hissəsində lentə alıblar.

Həmişə düşünürlər ki, yollarda avtobus və ya mikroavtbus qəzaları necə və niyə baş verir? Biz də düşünürük ki, bu videoda hər iki suala cavab var. Məsələn, «Ford»un sürücüsü yolan sağında üzərində 90 yazılan lövhəni görür. Az sonra həmin yol nişanı təkrar olunur. Bir qədər sonra isə «Radar» nişanını ötüb keçir. Amma baxın görün, sürücü hansı sürətlə gedir. Əməkdaşlarımız sürəti saatda 140 km-ə qaldırsalar da, «Ford»a çata bilməyiblər. Deməli, bu sürücü yolda icazə verilən sürət həddini 40-60 km/saat aşıb və onu 150 manat, 3 cərimə balı gözləyir. Lakin əsas məsələ cərimə deyil. Əsas odur ki, şüurlu sürücü sərnişindaşıma ilə məşğul olarkən özündən başqa ən azı 10 nəfərin həyatına cavabdeh olduğunu dərk etməlidir.

Ümid edirik ki, bu videomaterialdan sonra bu sürücü bir daha belə hoqqabazlıq etməyəcək. Və bu, başqalarına da yaxşı nümunə olacaq…

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh