Azərbaycanlı milyarderin oğlunun polislə "ölüm yarışı" - VİDEO

“Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan “Gelandewagen” avtomobili ilə Moskvada avtoşluq edib. Gənc oğlan dostları ilə onu təqib edən polislə “əylənərək” təslim olmayıb və hadisə yerindən çəkilmiş videonu “Periscop”a yerləşdirib. İnsident barədə məlumat video “Youtube” kanalına qoyulandan sonra məlum olub. Rusiya mətbuatının verdiyi məlumata görə, hadisədən sonra gənclər polislər tərəfindən saxlanılıb. Ruslan qərar verib ki, hadisənin necə baş verdiyini izləyicilərinə videoçəkilişlə izah etsin. Onun sözlərinə görə, sükan arxasında əyləşən o, olmayıb: “İçkili olduğumdan dostumdan xahiş etdim ki, avtomobili idarə etsin. Söz verirəm ki, bir daha belə hadisə olmayacaq. Biz bu hadisənin şahidi olan hər kəsdən üzr istəyirik”.
Avtosfer.az bildirir ki, yol qaydalarını kobud şəkildə pozan gənclərdən biri "Lukoyl" prezidenti Vahid Ələkbərovun müavini Azad Şahsuvarovun 20 yaşlı oğulu Ruslandır. Ona aid olan qızılı rəngli "Gelandewagen"lə paytaxt polisi ilə yarışa girən gənclər videonu canlı olaraq "Periscop"da paylaşıblar. Hadisə 23 may tarixində səhər saatlarında qeydə alınıb. Yol polisi nə qədər xəbərdarlıq etsə də, gənclər qanuna tabe olmaqdan boyun qaçırıblar. Daha sonra ara yollara girən gənclər orada avtomobili atmağa və gizlənməyə çalışıblar. Amma buna baxmayaraq polis əməkdaşları qaydaları pozan gəncləri saxlaya bilib.
Ruslan Şamsuarov

Azat Şamsuarov

Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











