Bakı-Sumqayıt yolunda reyd - 40-a yaxın sürücü saxlanıldı - FOTOLAR

Bu gün Bakı şəhər Dövlət Yol polisi idarəsinin əməkdaşları “20 yanvar”, “Şamaxinka”, 3-cü mikrorayon dairəsi və digər ətraf ərazilərdə qanunsuz sərnişindaşıma ilə məşğul olan kiçik tutumlu mikroavtobusların sürücülərinə qarşı reyd keçirib. Reyd zamanı 40-a yaxın mikroavtobusun qanunsuz sərnişindaşıma ilə bağlı fəaliyyəti aşkar edilib. Mikroavtobusların sürücüləri barədə inzibati protokol tərtib edilərək idarə etdikləri nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Bakı şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür reydlər davamlı olacaq və burada əsas məqsəd sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin və nizam-intizamı bərpa etməkdir. Vaqif Əsədov bildirib ki, Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən həmin mikroavtobusların əksəriyyətində konstruksiya dəyişiklikləri edilib, əlavə avadanlıqlar quraşdırıb, nəzərdə tutulandan artıq oturacaqlar qurşadılıb. Bəzi sürücülərin isə ümumiyyətlə, sənədləri qaydasında olmayıb.
Vaqif Əsədovun sözlərinə görə, DYP-nin ərazidə ciddi nəzarət tədbirləri nəticəsində yollarda hərəkət rahatlaşıb və bu da insanlarda xoş təəssürat yaradıb: "Biz müşahidə apardıq ki, bəzi şirkətlərin əməkdaşları da "20 Yanvar" ətrafında yığılır, mikroavtobus gəlib onları iş yerinə aparır. Bu da əlavə problem yaradır. Sərnişinlərdən xahiş edirik ki, Baki-Sumqayıt marşrutu üzrə hərəkət edərkən mütləq Avtovağzaldan istifadə etsinlər. Burada gözəl şərait yaradılıb. Səs-küydən uzaq, rahatlıq var. Nə üçün insanlar bura yox, "20 Yanvar"a meyl edir? O boyda səs-küydən, gərginlıikdən zövq alırlar? Məncə, burada sadəcə məsuliyyət məsələsi önə çıxır".
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO










































