Bakıda avtobus sürücüsü döyüldü - VİDEO

Binə qəsəbəsi Badam bağları adlanan ərazidə avtobus sürücüsü döyülüb. Hadisəni elə adı çəkilən ərazi sakinləri törədiblər. Zərərçəkmişin dedikləri isə əsl döyüş filmlərini xatırladır. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, 30 yaşlı Niyaməddin Əliyev adəti üzrə qəsəbə daxili xidmətdə olub. "İveco" markalı avtobusla sərnişin daşıyan zərərçəkənin dayanacaqda mübahisəsi düşüb. "Lexus" markalı minik avtomobilində olan Niftulla və Rüstəm adlı şəxslər avtobusun sürücüsü ilə mübahisə ediblər. Zərərçəkən Niyaməddinin iddiasina görə, onlar sərxoş olublar. Avtobusdan "Lexus"a yol verməsini istəyiblər. İki nəqliyyat sürücüləri arasında söz mübahisəsi yaşanıb. Niftulla öz avtomobiliylə avtobusu sıxışdıraraq onu yoldan çıxarıb. Avtobus isə yalnız qaz borularına dəydikdən sonra dayanıb. Əsəbi bununla soyumayan şəxslər son olaraq avtobus sürücüsünə bir neçə yumruq zərbəsi də endiriblər.
Üz nahiyəsindən zərbə alan avtobusun sürücüsü onlar ərazidən uzaqlaşdıqdan sonra özünə gəldiyini deyir. Ayılan kimi isə ağlına gələn ilk hərəkət polisə məlumat vermək olub. Hadisə 2-ci polis bölməsində araşdırılır. Bölmənin təhqiqatçısı Telman Camalov şifahi olaraq bildirdi ki, zərərçəkən həkim yoxlamasından keçdikdən, həmçinin hadisədə adları hallanan şəxslərin ifadələri alındıqdan sonra toplanılan materiallar əsasında araşdırmalar aparılacaq. Xəzər Rayon Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işinin başlanması da istisna edilmir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











