Bakıda «BMW-X-5»-lərin düşdüyü qəzalardan – REAL VİDEO

Bakıda baş vermiş 3 yol qəzasının real görüntüləri sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsini tam əks etdirir. Avtosfer.az-ın təqdim etdiyi ğbu görüntülər Daxili İşlər Nazirliyinin «Təhlükəsizlik şəhər» kameraları vasitəsilə qeydə alınıb. Birinci yol qəzasında «BMW-X-5»in qayda pozduğu açıq-aşkar görünür. Bu avtomobilin həmin nöqtədən dönməsi qadağandır və yol nişanları da bunu əks etdirir. Lakin sürücü dönür və bu zaman onun avtomobili yolun kənarında dayanmış taksiyə dəyir. Əgər buradan dönməyə icazə verilsəydi bu zaman taksinin orada dayanmasının qanunsuz olduğunu demək olardı.
Digər «BMW-X-5» isə sağdan hərəkət edir və qəflətən yolayrıcına daxil olur. Burada yolayrıcının necə nizamlandığı tam görünmədiyi üçün qəza ilə bağlı konkret fikir söyləmək çətindir. Lakin əgər bura nizamlanmayan yolayrıcıdırsa, o zaman düzünə hərəkət edən «Mercedes» «BMW-X-5»ə yol verməli idi. Üçüncü qəza videosu da eyni ərazidə çəkilib. Situasiya da eynidir.
Bu ərazidə eyni səbəbdən belə qəzalar baş verirsə o zaman dərhal burada araşdırma aparılmalı və müvafiq yol nişanları, ehtiyac varsa svetofor qoyulmalıdır. Çünki burada çoxzolaqlı yol olduğu üçün sürücülər sağa-sola tam nəzarət edə bilmirlər. Hər bir halda, baş vermiş şər üç yol qəzasında sürücülərdən biri günahkardır. Videodan da görünür ki, yolayrıcına daxil olan hər bir sürücü özünü üstünlüyə malik sürücü hesab edir və dayanmadın keçir. Nəticəsi də göz qabağındadır.
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











