Bakıda Formula 1-i 42 ölkənin vətəndaşları izləyirlər

Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisini izləmək üçün 42 ölkədən bilet alınıb. Avtosfer.az xəbər verir ki, bunu trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. Onun sözlərinə görə, "Formula 1" yarışlarını izləmək üçün xarici ölkələr arasında daha çox Rusiyadan bilet alınıb: "Rusiyadan yarışı izləmək üçün təxminən 3000 nəfərə yaxın insan gəlib. Rusiyalılardan sonra daha çox bilet alan Böyük Britaniya, Avropa və ərəb ölkələrinin vətəndaşlarıdır. Lakin ümumilikdə Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edir. Bu da təbiidir, çünki onlar Formula 1-in fanatlarıdırlar. Ona görə də Avropa ölkələrindən daha çox qonaq gəlib".
N.Arpadarai deyib ki, yarışlar kifayət qədər maraqlı keçir.
N.Arpadarai axşam saatlarında sabahkı yarışın sıralamasının məlum olacağını söyləyib.
O, yarışın dünənki və bugünkü izləyicilərinin dəqiq sayını açıqlamayıb: "Çünki yarışı həm canlı olaraq, həm də televizordan izləyirlər. Bir məsələ nəzərə alınmalıdır ki, hər saatdan bir yarış keçirilir. Gün ərzində GP2 seriyası üzrə iki yürüş, eləcə də Formula 1-in iki yürüşü keçirilir. Trasda, demək olar, hər zaman yarış var. Ona görə də insanlar bir az yarışı izləyib, sonra dincəlməyə gedir, "Formula 1" şəhərciyində gəzir, istədikləri vaxt da geri qayıdırlar. Bu baxımdan izləyicilərin sayını konkret rəqəmlərlə söyləmək çətindir. Amma dünən axşam konsert səhnəsinin qarşısında kifayət qədər insan var idi".
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











