Bakıda GP2 seriyası üzrə birinci yarışın qalibləri mükafatlandırılıb - SİYAHI
Avtoreyd
18 İyun 2016 13:44
Oxunub 1605
Mükafatı güləş üzrə olimpiya çempionu təqdim edib
Bakıda GP2 seriyası üzrə birinci yarışa yekun vurulub. Avtosfer.az "Report"a istinadən məlumatına görə, 29 dövrəni ən tez başa vuran "Prema Racing"in pilotu Antonio Covinatso kuboka sahib çıxıb.
Mükafatlandırma mərasimində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.
Ümumi ardıcıllıq isə belədir:
1. Antonio Covinatsi - "Prema Racing"
2. Sergey Sirotkin - ART
3. Rafael Marçello - "Russian Time"
4. Olivye Rulend - "MP Motorsport"
5. Mitç Evans - "Pertamina Campos Racing"
Qeyd edək ki, yarış zamanı 6 pilotun iştirakı ilə qəza baş verib. Nəticədə onlar yarışdan kənarlaşdırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR