Bakıda "Keçid əməliyyatı" - FOTO - VİDEO

Bu gün Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr edilən "Keçid əməliyyatı" layihəsinin nəticələri ictimaiyyətə təqdim olunub. Avtosfer.az-ın məlumatına görə, bu münasibətlə Qafqaz Universitetində Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) və adıçəkilən ali təhsil müəssisəsinin birgə təşkilatçılığıyla tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə iştirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film izləyiblər.
Layihə çərçivəsində universitetin tələbələri DYP əməkdaşları ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində piyadaları maarifləndirmək məqsədilə "Bir dəqiqə, yoxsa bir ömür" şüarı ilə reydlərdə iştirak edərək çəkilişlər aparıblar və real mənzərəni lentəə alıblar.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç tələbələrin DYP ilə birgə həyata keçirdiyi layihənin insanların həyatı üçün əhəmiyyətli olduğunu qeyd edib. Rektor bildirib ki, bu layihə davamlı olacaq və yeni ideylara da dəstək verməyə hazırdırlar: "Universitet bu kimi faydalı layihələri hər zaman dəstəkləyir".
Bakı DYP-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov tədbirdə çıxış edərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin maarifləndirmə işlərində fəallığını təmin etməkdir: "İnsan həyatının, təhlükəsizliyinin qorunması işi ailədən və məktəbdən başlanır. Qafqaz Universitetinin layihəsi də cəmiyyətin maarifləndirilməsinə töhfə oldu".
Sonda layihə iştirakçılarına sertifikatlar verilib.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO





























