Bakıda qulağında "nauşnik"lə yolu keçən piyadanı maşın vurdu - VİDEO

Bu gün səhər saatlarında Bakıda, Buzovna qəsəbəsində bazarın qarşısında yol qəzası baş verib. Yolu keçmək istəyən qadın ağır yaralanıb. Hadisə yerinə 23 dəqiqə sonra təcili yardım avtomobili gəlib: "Hər həftə, bir həftədən bir bu yolda bir ölü var. Bura artıq bazar yolu yox ölüm yoludur. Bezmişik vallah. Hər dəfə biri ölür, nə bu yola bir keçid qoyurlar nə də ki, svetofor. Bu qədər ölən, şikəst qalanların ahı nə olacaq? İki ay bundan əvvəl bir qadın öldü, xəbər mətbuatda dərc olundu deyə gəlib yalandan bu dəmirləri bitişdirdilər. Nə faydası var? Onsuzda camaat bu dəmirin üstündən aşıb, keçir yolu. Ondansa gəlin problemi həll edin. Bax indi bu qadın yolu keçirdi, maşın vurdu onu ... Hadisə yerinə qardaşı gəlib, avtomobil sürücüsünü vurur. Polis də sakitləşdirir aranı ... Aparacaqlar xəstəxanaya, vəssalam, olan avtomobil sürücüsünə və yolda ölənlərə olur. Yenə də köhnə hamam, köhnə tas".
Qeyd edək ki, Buzovna qəsəbəsi "Rahat" marketin yanı tərəfdə yolu keçmək istəyənlər hər gün eyni problemlə qarşılaşırlar, di gəl ki, problemləri həll olmur ki, olmur.
big.az
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO













