Bakıda reyd: polisə tabe olmayan sərxoş sürücü hədə-qorxu gəlib - VİDEO

Bakının Sabunçu rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən növbəti reyd aparılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, reyd aparılan zaman sürücülərdən biri polisin "saxla!" əmrinə tabe olmayıb. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Bakıxanov qəsəbəsində 10-XP-469 dövlət qeydiyyat nişanlı "QAZ-33023" markalı yük avtomobilinin sürücüsünə maşını şübhəli idarə etdiyi üçün "saxla!" əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşlarından uzaqlaşmağa çalışıb. O, YPX əməkdaşları tərəfindən yaradılan süni tıxac sayəsində saxlanılıb.
1988-ci il təvəllüdlü sürücü Maksumov Aydın Nadir oğlu avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Lakin o, məntəqədə həkim müayinəsindən imtina edib. Sürücü sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.
A.Maksumov həmçinin çəkiliş qrupuna hədə-qorxu gəlib. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











