Bakıda səfirlik avtomobilinin kobud qayda pozuntuları - VİDEO

Bakıda səfirlik avtomobili kobud qayda pozuntularına yol verib. Musavat.com-un məlumatına görə, hadisə bu səhər Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. 006 D 057 nömrə nişanlı “Ford” markalı avtomobil geriyə dönmə əməliyyatını yerinə yetirərkən qarşı hərəkət zolağına çıxıb və qəza şəraiti yaradıb. Buna etiraz edən sürücünü söyən səfirlik sürücüsü daha sonra yolboyu yersiz manevrlərlə avtoxuliqanlıq hərəkətləri edib, “20 Yanvar” dairəsində isə hərəkət üstünlüyünə malik olan avtomobillərə yol verməyərək, hərəkətini davam etdirib. Avtomobili idarə edən şəxs Azərbaycan vətəndaşı olub.
Qeyd edək ki, 006 seriyalı diplomatik nömrəli avtomobillər ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsusdur.
P.S. Video aprelin 26-da çəkilib. Videogörüntülərdəki 27.08.2012 tarixi və saat videoregistratorun zaman ayarlarındakı yanlışlıqla bağlıdır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











