Avtosfer.az | Reklam
Bakıda səkilərə qənim kəsilən sürücü peyda oldu - VİDEO
Avtoreyd 9 İyun 2017 15:27 Oxunub 2745
Bakıda səkilərə qənim kəsilən sürücü peyda oldu - VİDEO
Döngədən istifadə etmək yerinə köndələn olaraq yolu kəsir

Qayda pozan sürücülərə qarşı reydlərimiz davam edir. Bu dəfə Avtofer.az-ın radarına düşən kobud şəkildə qaydaları pozur. Video Babək prospektində SOCAR yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.

90 LN 930 dövlət nömrə nişanlı avtomobil yolun qarşı tərəfinə keçmək istəyir.

Bunun üçün o lazım olan döngədən istifadə etmək yerinə köndələn olaraq yolu kəsir və iki yolu ayıran səkinin üzəri ilə qarşı yola çıxmağa çalışır.

Nəzərə alsaq ki, qarşı tərəfdə çıxmaq istədiyi sol zolaqdır və adətən avtomobillərin yüksək sürətlə hərəkəti müşahidə olunur, o zaman təhlükənin həddini düşünmək olar.  Avtosfer.az həmin görüntüləri təqdim edir:  

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh