Bakıda sərxoş sürücü yolun ortasında yatdı - "Vəziyyət zordu" - VİDEO

Bakıda sərxoş sürücü küçənin ortasında yatdı. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 6-cı kilometrliyində, yəni Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib. "Mercedes" markalı avtomobilin qarşısında 1 nəfər yerə uzanmış vəziyyətdə olub. İlk baxışdan bu sürət həddi 110 km saat olan yolda piyadanın vurulmasına bənzəyib. Lakin vəziyyət göründüyündən daha fərqli olub. Avtomobilin işlək vəziyyətdə olsa da, içərisində sürücü olmayıb. Özünə yatmaq üçün yumşaq yatağı deyil, asfaltın üzərini seçən şəxsi oyatmaq o qədər də asan olmayıb. Məlum olub ki, yerdə yatan şəxs maşının sürücüsü olub. Çəkiliş qrupu sürücüyə kömək etmək istəsə də, o əlbəyaxa çıxmağa çalışıb. Sərxoş sürücü kortəbii olaraq avtomobili idarə etməyə çalışıb. Lakin buna imkan verilməyib və əraziyə dərhal polis çağırılıb. Yol patrul xidmətinin əməkdaşlarının köməyi ilə sürücünün şəxsiyyəti müəyyən edilib - Şərif Nuriyev. Polisin ilkin müayinəsi zamanı sürücünün sərxoş olduğu ortaya çıxıb.
Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün məntəqəyə, maşını isə cərimə meydançasına aparılıb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











