Banner

Bakıda sürücü mədəniyyəti: varmı, yoxmu? - SORĞU - VIDEO

Avtoreyd 22 İyun 2016 15:44 Oxunub 1670
Bakıda sürücü mədəniyyəti: varmı, yoxmu? - SORĞU - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücünün mədəniyyəti onun yol hərəkəti qaydalarını bilməsindən başlayır"

Bakının sürücü mədəniyyəti problemi... Bu sahə o qədər geniş, problemləri isə o qədər müxtəlifdir ki, nə qədər yazsan, danışsan, qurtaran deyil. Biz də şəhər sakinləri arasında sorğu keçirməyə qərar verdik. Cavabını isə özlərindən eşidək.

- Şəhər nəqliyyatından tıxac probleminə görə o qədər də istifadə etmirəm. Daha çox metrodan yararlanıram.

- Tam olaraq razı deyiləm. Bəzən dayanacaqdan dayanacağa saxlayırlar. Bəzən dayanacağı adlayırlar. Müştərilərlə davranışlarına fikir vermirlər. Məsələn, "BakuBus"ın sürücüləri fərqlidir. Amma köhnə avtobusların sürücüləri qane eləmir.

- Çox narazıyam. Sükan  arxasında telefonla danışırlar, siqaret çəkirlər.

- Şəhərdə avtobuslar normal sürür, uzaq istiqamətə, məsələn, Bakı kəndlərində isə tam fərqlidir. Binəqədiyə gedən marşrutlar demək olar ki, sürət həddini keçir. Vəhşi kimi sürüb, insanların həyatını təhlükəyə atırlar.

- Daha çox avtobus sürücülərindən narazıyam. Heç kimə demək olar ki, qulaq asmırlar. Qoşa xətdə keçirlər, svetoforda saxlamırlar, yerli-yersiz siqnallar verirlər. İnsanların demək olar ki, əsəbləri pozulub, xəstəlik tapıblar bunların əlindən. Siqnalların səsindən oturmaq olmur.

- Hərdən razı oluram, hərdən narazı. Narazıyam ona görə ki, bəzən yol keçəndə yol piyadanındı, amma buna sürücü imkan vermir, hətta keçid zolaqları olduğu yerdə belə. Amma keçid olmayan yerdə saxlayın sərnişinə yol verən yaxşı sürücülər də az deyil.

- Sürücünün mədəniyyəti onun yol hərəkəti qaydalarını bilməsindən başlayır. Buna əməl olunduqda, mədəniyyət olur. Əksəriyyəti yol hərəkəti qaydalarını bilmir.

- Daha çox gənc sürücülərdən narazıyam. Çox şıltaqdırlar. Saxlayıb söz deyirsən, üzünə qayıdırlar. Deyirəm, özün də bədbəxt olacaqsan, başqalarını da bədbəxt eləyəcəksən.

- Razı olduğum da var, narazı olduğumda. 62 saylı marşrutların sürücülərindən heç razı deyiləm. Çox sürətlə sürürlər, məsuliyyətsizdirlər.

- Mən Sabunçuda qalıram. Ordakı avtobus sürücüləri demək olar ki, yarış edirlər. Bu hər gün belədir. Normal sürmürlər.

Şəhərimizin balaca sakinlərindən birinin də fikrini öyrəndik.

 - Mən də avtobusa minirəm, istəyirəm yavaş sürsünlər.

 Az da olsa, "sürücü mədəniyyəti"ndən razı olanlar da var:

 - Mən özüm sürücüyəm, hamısından razı olmasam da, razı olduqlarım var. Hər şey insanın özündən asılıdır. İndi heç nə əvvəlki kimi deyil. İnsanlar arasında hörmət yoxdur. Mədəniyyət yaxşı sürmək deyil, onun və maşının səliqəsi də elə mədəniyyətdir. İndi dayanırlar, üz tüklü, əyin-baş da səliqəsiz.

 - Razıyam, yəni yaxşıları indi daha çoxdur. Cavanlar bir az ərköyünlük edir, onları da anlamaq olar, cavandırlar. Köhnə sürücülər əla sürür.

 - Razıyam sürücülərdən, mənzil başına salamat çatırıq. Hər şey qaydasındadır.

 Təəssüf ki, paytaxta yeni taksilər, yeni avtobuslar gətirilsə də, bəzi sürücülərin göstərdiyi xidmət elə köhnə vəziyyətində, yəni problem olaraq qalmaqdadır

ŞƏRH YAZ
Ad

E-mail

Şərh