Avtosfer.az | Reklam
Bakıda svetoforun qırmızı işığı bu sürücülərə aid deyil – VİDEO
Avtoreyd 11 Aprel 2017 09:43 Oxunub 3372
Bakıda svetoforun qırmızı işığı bu sürücülərə aid deyil – VİDEO
Onlar qaydaları kobud şəkildə pozaraq təhlükə yaradırlar

Bakıda svetoforun qırmızı işığında hərəkət edən sürücülər Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, martın 30-da Bakının Şərifzadə küçəsində 99-DT-149 qeydiyyat nişanlı "Opel"markalı avtomobilin sürücüsü svetoforun yaşıl işığının yanmasını gözləməyərək qırmızı işıqda yolayrıcına daxil olaraq Müzəffər Həsənov küçəsinə dönüb.

Aprelin 7 də Azadlıq prospektində hərəkətdə olan 90-ZZ-300 qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü sarı işıq yanan vaxt svetoforun qarşısında dayanmaq əvəzinə yoluna davam edib.

Aprelin 8-də Kazım Kazımzadə küçəsində "Niva"markalı avtomobilin sürücüsü eynən o biri sürücülər kimi svetoforun yaşıl işığının yanmasını gözləməyərək qırmızı işıqda hərəkət etdi.

 

Təbriz

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh