Bakıda taksilərin toqquşma anı - VİDEO
Avtoreyd 30 Aprel 2016 00:37 Oxunub 4579
Bakıda taksilərin toqquşma anı - VİDEO
Qırmızı işığa məhəl qoymayan sürücü qəzaya səbəb oldu

Bakıda iki taksi toqquşub. Hadisə Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az-ın təqdim etdiyi videodan göründüyü kimi, qəza yolayrıcında baş verib. «Mercedes»in gəldiyi yolda svetoforun yaşıl işığı yanır. «London taksi»si isə onu gözləmədən yola çıxır və toqquşma baş verir.

Burada sürücülər üçün vacib məqamları qeyd etmək yerinə düşər. İlk növbədə, svetoforun tələbinə əməl etmək lazımdır. Bundan əlavə, gecə yollarda işıqlar söndürüldüyü üçün qaranlıq olur və sürəti azaltmaq, diqqəti artırmaq lazımdır. Bu qəzada havanın yağıntılı olduğu da görünür. Odur ki, yağıntılı havada da yolayrıcına bu cür sürətlə daxil olmaq təhlükəlidir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh