Bakıda yağışlı hava Formula 1-ə necə təsir edəcək?

Bunu Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakı Şəhər Halqasının Avropa Qran Prisinə hazırlığı ilə bağlı fikirlərini bildirərkən deyib. O qeyd edib ki, sonuncu baxışdan indiyə qədər xeyli işlər görülüb: "Həmin vaxtdan bir ay keçib. Halqa artıq tam hazırdır. Bu işi yerinə yetirmək çətin idi, çünki şəhərdə paralel olaraq nəqliyyatın hərəkətini də təmin etmək lazım idi. Hazırlıq işləri tamamlanıb. Kiçik işlər var idi ki, onları görmək lazımdır, amma ümumilikdə əməl edilmiş standartlar yüksək səviyyədədir. İşlər planlaşdırdığımız kimi görülüb".
Bakıda yağışlı hava davam edəcəyi halda yarışmaya hansı təsir göstərəcəyi ilə bağlı suala cavab verən Ç.Vaytinq bildirib ki, yağışlı hava yarışmaya elə də təsir etmir: "Çünki yarış avtomobillərinin təkərləri olduqca qalındır, onlar hər cür sürtünməyə tab gətirə bilir. Ancaq həddən artıq güclü leysan yağarsa, o halda yağışlara nəzarət edən heyət müəyyən qərarlar qəbul edə bilər"./trend
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











