Avtosfer.az | Reklam
Bakıda yol qaşınıb, amma təmir edilmir - VİDEO
Avtoreyd 5 May 2016 02:31 Oxunub 855
Bakıda yol qaşınıb, amma təmir edilmir - VİDEO
Bu vəziyyət "Neftçilər" metrostansiyasının yaxınlığındadır

Yolun 1 kilometrlik məsafəsinin asfalt örtüyü xeyli müddət əvvəl ağır texnikalar vasitəsi ilə qaşınıb. Ancaq yol hələ də təmir olunmayıb. Bu vəziyyət paytaxtın Nizami rayonunda - "Neftçilər" metrostansiyasının yaxınlığındadır. Küçənin bu vəziyyətdə olması yoldan mütəmadi istifadə edən sürücüləri əlavə xərcə salır.

Yolun asfalt örtüyü ''Azəravtoyol'' Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir müddət əvvəl təmir məqsədi ilə qaşınıb. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, küçənin təmirinin davam etməsinə havanın yağıntılı olması səbəb olub. Artıq küçənin Bakıxanov qəsəbəsindən keçən hissəsində əsaslı təmir işləri aparılır. Yaxın müddətdə həmin ərazidə yol tam təmir etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh