Avtosfer.az | Reklam
Bakıdakı daha bir avtobusda sürücüsünün özbaşınalığı – VİDEO
Avtoreyd 28 Noyabr 2017 23:26 Oxunub 953
Bakıdakı daha bir avtobusda sürücüsünün özbaşınalığı – VİDEO
24 saylı avtobusun sürücüsü təhlükəli hərəkət edib

Dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq, Bakıdakı bəzi ictimai nəqliyyatda sürücü özbaşınalığı hələ də davam etməkdədir. Bu dəfə 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü təhlükəli hərəkət edib. Əldə etdiyimiz məlumata görə, hadisə bu gün saat 19:45 radələrində Heydər Əliyev prospektində, “Şəfa” stadionunun yaxınlığında baş verib. Belə ki, “Ulduz” metrosu tərəfdən gələn bu avtobus Heydər Əliyev prospektinə çıxmaq istəyib. Lakin yolda tıxac olduğunu görən sürücü “bardyor”un üzərindən aşaraq yüksək sürətli zolağa keçib. Xoşbəxtlikdən həmin vaxt qəza baş verməyib. Lakin sürücü bununla həm avtobusdakıların, həm də yüksək sürətli yoldakı sərnişinlərin həyatını təhlükəyə atıb.

 

primtime.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh