Bakıdan son - Fotolar

İki həftə sonra Azərbaycan növbəti dəfə mühüm bir beynəlxalq tədbirə evsahibliyi edəcək. Belə ki, 2016-cı il “Formula-1” mövsümünün Avropa Qran-prisi məhz Azərbaycanda, paytaxt Bakıda keçiriləcək. Avtosfer.az Azerbaijan-news.az-a istinadən xəbər verir ki, yarışa hazırlıq artıq yekunlaşmaq üzrədir. Bakı Şəhər Halqasında azarkeşlərin rahat şəkildə yarışı izləmələri üçün bir neçə yerdə xüsusi tribunalar quraşdırılıb. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” iştirakçıları və azarkeşləri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahil boyu hissəsini özündə birləşdirən Bakının simasını görəcəklər. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq.
Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edəcək.
Start və finiş xətti Azadlıq meydanında olacaq.
Yarış hazırlıqlarından çəkilmiş fotoları təqdim edirik:













Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











