Bakının ən pis sürücüləri kameraya belə yaxalandı – REAL VİDEO

Bakıda qayda pozaraq təhlükəli hərəkətlər edən bir neçə avtomobilin sürücüsü Avtosfer.az-ın kamerasına düşüb. Görüntülərdə ən çox rast gəlinən qayda pozuntusu ötmə-manevr qaydalarının pozulmasıdır. Qarşı yola çıxan, piyadaya yol verməyən sürücülər də var. Ümumilikdə isə sürücülərin əksəriyyəti elementar hərəkətə başlama qaydasını kobud şəkildə pozurlar. Elə ilk görüntüdəki “Mitsubishi” markalı avtomobilin sürücüsü kimi. Fevralın 19-da 10-OX-795 dövlət qeydiyyat nişanlı həmin avtomobilin sürücüsü Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinin yaxınlığında hərəkətə başlayan zaman arxadan gələn avtomobilə yol verməyib və ona qəza şəraiti yaradıb. Bununla o, 40 manatlıq qayda pozub.
Fevralın 20-də “Honda CRV” markalı, 99-EC-447 qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəsti Bağırova küçəsində 99 YP 374 dövlət nömrə nişanlı yol polisi avtomobilinin yanında eyni hərəkəti təkrar edərək arxadan gələn avtomobilə yol verməyib. Həmin avtomobil sürücüsü də qəza şəraiti yaradıb. Onu da 40 manat cərimə gözləyir.
“VAZ-2107” markalı 90-DR-400 qeydiyyat nişanlı avtomobilin sürücüsü tıxac zamanı əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn avtomobilin hərəkətinə mane olub. Bu sürücünü isə 100 manat-4 bal cərimə gözləyir.
Fevralın 19-da Xırdalan şəhəri Zeynalabdin Tağıyev küçəsində “İsuzu” markalı, 99-XG-458 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü piyada keçidində piyadaları təhlükəyə məruz qoyaraq onlara yol verməyib. Avtobus sürücüsünü bu hərəkətinə görə 50 manat cərimə gözləyir.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO
















