Bakının qeyri-adi baş daşları - VİDEO

Novxanı kənd qəbirstanlığında bir neçə qəbir qeyri-adiliyi ilə seçilir. Dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbir daşlarında həkk olunub. Hətta elə qəbir var ki, mərhumun peşəsinə uyğun abidə qoyulub. Avtosfer.az xəbər verir ki, bir qəbir “Balami” ləqəbli mərhum Məmmədbağır Sadıqova məxsusdur. 1891-ci ildə doğulan Məmmədbağır Sadıqov 19 il sürücü məktəbinin müəllimi işləyib. 55 il əvvəl qoyulan bu abidə də məhz onun peşəsini xatırladır. “Qozbel Tofiq” kimi tanınan mərhumun qəbir daşında mişar şəkli əks olunub.
Daraq və qayçını görən şəxs isə mərhumun vaxtilə bərbər olduğunu anlayır.
Hələ bu harasıdır. Çoban olduğu üçün baş daşına qoyunla rəsmini yerləşdirənlər də var.
Molla Seyidqulu Quliyevin sözlərinə görə, bu qəbirlər digərlərindən çox diqqət çəkir. Məhz bu səbəbdən də qəbiristanlığa ziyarətə gələnlər onların şəxsiyyətləri ilə maraqlanırlar. Bununla belə, bu ənənə artıq tarixə qovuşub. İndi insanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











