Belələrinin maşını cərimə meydançasına aparılmalıdır, ya yox? - VİDEO

Bura Kliniki Tibbi Mərkəzin ("Semaşko") ətraf küçələridir. Taksi sürücüləri yolun hərəkət hissələrini, piyada keçidlərini və səkiləri zəbt ediblər. Hətta, onlar dayanma-durmanı qadağan edən yol nişanlarının altında elə dayanıblar ki, sanki belə də olmalı idi. Bu azmış kimi, yolayrıcında da maşın saxlayıb mühtəri gözləyirlər ki, bu da piyadaların və yolayrıcında sağa-sola dönən digər avtomobillərin hərəkətinə çətinlik yaradır. Buna görə də, bu gün Dövlət Yol Polisi həmin ərazidə təmizləmə aparıb və bir neçə avtomobil cərimə meydançasına aparılıb. Lakin sürücülər yenə də maşını qadağan olunmuş yerlərdən götürməyiblər. Avtosfer.az-ın məlumatına görə, DYP əməkdaşları həmin ərazidən maşınların bir qismini evakuasiya edərəkən digər sürücülər maşını sürüb oradan uzaqlaşsalar da, sonradan yenə həmin əraziyə qayıdıblar.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











