Bir dəqiqədə iki dəfə qoşa xətti tapdalayan sürücülər də var - VİDEO

Bakıda qoşa xəttin tələbini pozaraq təhlükəli vəziyyət yaradan sürücülər Avtosfer.az-ın kamerasına düşüb. Oktyabrın 10-da Bakının Həsən Əliyev küçəsində yolun əks istiqamətindən hərəkətə başlayan 90-EB-938 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozaraq hər iki istiqamətdən gələn sürücülərə maneə yaradıb. Bu azmış kimi, həmin sürücü üzü ASAN Xidmətə tərəf gedərək 20 metrdən sonra yenidən qoşa xəttin tələbini pozub və sola dönüb. Hər iki hərəkəti ilə digər sürücülərə mane olan bu şəxsin cəzasız qalmayacağına inanırıq.
Oktyabrın 11-də isə Hüseyn Cavid prospektində hərəkətdə olan 10-OA-777 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürürcüsü də qoşa xəttin tələbini pozaraq geriyə dönüb.
Bu cür manevrlərin sonu həmişə qəzasız olmur. Bir çox hallarda belə qaydanı pozan sürücülər faciəvi qəzanın səbəbkarları olurlar. Ən pisi də odur ki, yol polisi və kamera olmayan yerlərdə sürücülər ölümə gedirlər. Ona görə də yolda səbirli olub qaydaları pozmamalıyıq.
Qeyd edək ki, bu qaydanı pozan sürücüləri 3 bal və 60 manat cərimə gözləyir.
Təbriz
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











