Bu avtobus aylardır yolu zəbt edir - VİDEO

Bu avtobus aylardır yol kənarında dayanıb. Sürücüsü və hərəkət marşurutu haqqında da heç bir məlumat yoxdur. Görüntülər paytaxtın Səbail rayonu "Avtomobil bazarı"nın yanındandır. İritutumlu sərnişin avtobusu dövlət yol polisinə məxsus cərimə meydançasının yaxınlığında üçzolaqlı yolun bir hissəsini aylardır zəbt edib.
Ərazidən keçən sürücülər xüsusən də pik saatlarında avtobusun hərəkətə mane olduğunu deyirlər. Bu avtobusun hərəkətdə olduğunu zənn edən bəzi sürücülər hətta qəza şəraiti də yaradıblar.
Araşdırma zamanı məlum oldu ki, sözügedən avtobusun sürücüsü bir neçə ay əvvəl Səbail rayonu Badamdar şossesində piyadanı vurduğuna görə saxlanılıb. Sürücü polis idarəsinə aparılıb, avtobus isə müvəqqəti duracağa. Həmin cərimə meydançasının əməkdaşlarından aldığımız məlumata görə, duracaqda iritutumlu avtobusa yer olmadığından onu yol kənarında saxlayıblar. Onu da bildirdilər ki, həmin avtobus yaxın günlərdə digər dayanacağa aparılacaq.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











