Bu dəmir yolu xəttində tez-tez qəza olur - Səbəb nədir? - VİDEO
Avtoreyd 11 Noyabr 2016 23:06 Oxunub 954
Bu dəmir yolu xəttində tez-tez qəza olur - Səbəb nədir? - VİDEO
Gün ərzində buradan minlərlə avtomobil keçir...

Xəzər rayonu Qala qəsəbəsindəki məhşur dəmir yolu xətti. Gün ərzində burdan minlərlə avtomobil keçir. Tez tez isə ərazidən qəza xəbərləri gəlir. Avtomobillərlə qatarlar toqquşur, can itkisi də olur, mal itkisi də. Daha bir ağır qəza bu gün olub. Biz hadisə yerinə çatanda qəzadan geriyə qalan qatarla toqquşan avtomobilin qalıqları idi. Görəsən bu dəmir yolu xəttinin üzərində niyə tez tez belə qəzalar baş verir? Əvvəlcə nizamlanmayan dəmir yolu xəttinə qədər qoyulmalı olan nişanları gözdən keçirdik. Hamısı yerindədir. Elə ərazidə müşahidə apardığımız müddətdə gördük ki, hərəkət edən avtomobillərin çoxu stop işarəsinin tələblərinə riayət etmir. Sərnişin daşıyan avtobusların nişana riayət etməməsi isə daha dəhşətlidir. Onlarla sərnişinin həyatı üçün təhlükədir. Hərçənd ki, sürücü səhvini etiraf etmək istəmir. Görüntülərdən bir daha şahid olduq ki, baş verən qəzaların səbəbi sırf sürücü məsuliyyətsızliyidir. Ərazidə xidmət edən yol polisləri də bunu təsdiqləyir və bir daha sürücüləri quraşdırılan müvafiq nişanlara riayət etməyi tələb edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh