Bu "Niva"ya əlavə avadanlıq qoşulmayıb, avadanlığa "Niva" qoşulub - VİDEO

Bakıda əlavə avadanlıqlar qoşulmuş "Niva"nın görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, 99-XX-107 dövlət nömrə nişanlı minik avtomobilinə qəza işıqlarının əvəzinə sayrışan ksenonlar qoyulub. Avtomobil liftli pnevma qurğusu ilə təchiz edilib, qalxıb-enir. Maşının yük yeri isə "qazan" səsgücləndirilərdən ibarətdir.
Qeyd edək ki, qanunla avtomobilə əlavə avadanlıqların qoyulması inzibati məsuliyyət yaradır, avtomobil saxlanılaraq cərimə meydançasına aparılır, quraşdırılmış avadanlıqlar söküldükdən və cərimə ödənildikdən sonra buraxılır.
Dünən həmin avtomobilin sürücüsü DYP-yə dəvət olunub və "Niva"ya baxış keçirilib. Avtosfer.az-ın da əməkdaşı həmin prosesdə iştirak edib. Məlum olub ki, avtomobildəki avadanlıqlar əvvəlki sahibi tərəfindən quraşdırılıb. Hazırda isə "Niva" ilkin vəziyyətindədir. Sürücü bildirib ki, avtomobili alarkən üzərində heç bir avadanlıq olmayıb. Yayılan video isə 6 ay əvvəl qarajda çəkilib.
Fuad
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











