Bu yolda yük maşınları hərəkətə mane olur - VİDEO

Ötmə əməliyyatı qadağan olunduğundan qabaqda yavaş sürətlə gedən avtomobili keçmək mümkün olmur. Nəticədə sürücülər ya xeyli vaxt itirir, ya da bu şəkildə qaydanı pozurlar. Bu mənzərəyə Bakı -Şamaxı yolunda günün istənilən vaxtında rast gəlmək olar. Həmin yolda tikinti işləri getdikdən yük maşınlarının sayı da çoxdur. Yəni bu yolu gedən hər sürücü demək olar ki, problemdən əziyyət çəkir. Ərazidə tikinti işləri aparan “Azəravtoyul” Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Nəcəfli isə bildirir ki, yolda nişanların qoyulması, o cümlədən xəttin çəkilməsi Dövlət Yol Polisi ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Mümkün olan bütün yerlərdə qırıq xətlər çəkilib, habelə yol genişləndirilib. Xəttin bütöv olduğu yerlərdə isə görüş məsafəsi yetərincə deyil, yəni qəza riski böyükdür. Bu yol əvvəlcədən iki zolaqlı olub və hazırda ikinci yol çəkilir. Burada ikitərəfli 4 zolaqlı yolun inşası başa çatandan sonra problem birdəfəlik həll olunacaq. İnşaat işləri isə bu ilin sonunda başa çatacaq.
Amma problem müvəqqəti olsa belə, həll yolu var.
Ekspert Ərşad Hüseynov deyir ki, qanunvericilikdə bununla bağlı məsuliyyət həmin karvanlara səbəb olan yük avtomobilinin sürücüsünün üzərinə qoyulur. Belə ki, ötmənin qadağan olunduğu yerlərdə digər nəqliyyat vasitələrini yubatmamaq üçün yol çiyninə çəkilərək bir neçə saniyyə dayanmalı və digər avtomobillərin keçməsinə şərait yaratmalıdır. Amma əksər yük maşını sürücülərinin bundan xəbəri yoxdur.
İnzaibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə görə, belə vəziyyətlərdə digər nəqliyyat vasitələrinə yol verməyən sürücülər üçün 40 manat cərimə nəzərdə tutulub. “Ötmə qadağandır” nişanının tələbinə məhəl qoymayan sürücülərin cəriməsi isə daha ağırdı- 3 cərimə balı və 60 manat cərimə.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











