Burada hər gün minlərlə sürücü qoşa xətti keçir, amma… VİDEO

Dəfələrlə parkomatların yanlış yerdə qoyulması və sürücülərin yanlış formada avtomobillərini park etməsi ilə bağlı xəbərlər təqdim etmişik. Paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində də belə məznzərə var. Bu isə digər sürücülərin də qayda pozuntularına və qəza şəraitinə səbəb olur. Bu ərazidə parkomat var. Avtomobillər isə səkiyə perpendikulyar şəkildə saxlanılıb. Yol iki zolaqlı olduğundan daralıb və burdan avtomobillə keçənlər qoşa xəttin tələbini pozur. Əksər sürücülər məhz bu ərazidə kütləvi şəkildə qayda pozuntusuna yol verir, qarşı hərəkət zolağına keçirlər.
Ekspertlərin sözlərinə görə, bu, yol hərəkətinin təşkilində səhvdir. İlk növbədə belə yerə parkomat qoyularkən bəzi amillər nəzərə alınmalı idi.
Bundan əlavə, avtomobillərin saxlama qaydası düzgün deyil.
Ən maraqlı məqamlardan biri qoşa xəttin tələbini pozan sürücülərlə bağlıdır. Həmin sürücülərə hansısa cərimənin tətbiqi düzgün deyil. İnzibati Xətalar Məcəlləsinin 19-cu maddəsində son zərurət şəraiti anlayışı var. Həmin anlayışa görə, sürücü digər hərəkət iştirakçısının qayda pozuntusuna görə məcbur olub qayda pozursa, cərimə edilməməlidir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











