Cəriməni ödəməyən sürücülərin maşını cərimə meydançasına aparıldı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, cərimələrin ödənilməsi ilə bağlı əhali arasında məlumatlandırma işinin gücləndirilməsi, təyin edilən cərimələrin ödənilməyəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq görüləcək tədbirlər haqqında hərəkət iştirakçıları arasında zəruri izahat işinin aparılması, kobud qayda pozuntularına yol verən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu istiqamətdə növbəti reyd Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması inspektorlar tərəfindən patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb.
Reyd zamanı cərimələri Mərkəzi Məlumat Xidmətində qərarsız kimi qeyd olunan sürücülər müəyyən edilərək saxlanılıb onlara pozduqları yol hərəkəti qaydaları barədə məlumat verilib və yerindəcə müvafiq sənədlər təqdim olunub.
Reyd zamanı tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin sürücülərin nəqliyyat vasitələri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Qeyd edək ki, bu ilin 8 ayı ərazində Səbail rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 18000 artıq inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 59000 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Qeyd edilən dövrdə Səbail rayonu ərazisində kobud qayda pozuntularına yol verən 3050, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə edən 80 sürücü müəyyən edilərək barələrində qanuni tədbir görülüb.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO

















