Daha bir icra başçısının maşını 200-lə getdi – AA-001 - VİDEO

Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır. Avtosfer.az bir müddət əvvəl reportyor.tv saytına istinadən Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yaymışdı. İcra hakimiyyəti sonradan açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı. Avtosfer.az-ın məlumatına görə, fevralın 29-da, saat 10:25 radələrində çəkilmiş bu videoda isə Ağstafa rayonunun birinci şəxsinin, yəni icra başçısı Məhərrəm Quliyevin 05 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobilinin maksimum sürət saatda 110 km olan yollarda 180-200-lə hərəkət etdiyi əksini tapıb, Düzdür, bu videonu çəkənlər də qayda pozurlar. Amma təəssüflər olsun ki, icra başçısının avtomobili hətta yaşayış məntəqəsində – saatda 90 km sürət rejimi tətbiq olunan ərazidə də 180-200-lə gedir.
Qeyd edək ki, bir müddət əvvəl Mingəçevirin icra başçısının da xidməti maşını saaatda 180-lə gedərkən videosu çəkilmişdi. Bu dəfə isə Ağstafanın icra başçısı Məhərrəm Quliyevin xidməti maşını həmkarını geridə qoydu…
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO














