Daha bir icra başçısının xidməti maşını 90-lıq yolda 190-la "uçdu" - VİDEO

Martın 27-də Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin 63 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobili kobud qayda pozuntusuna yol verib. Bununla bağlı videomaterialı reportyor.tv saytı yayıb. Avtosfer.az-ın həmin sayta istinadən verdiyi məlumata görə, başçının xidməti maşını bazar günü Bakıdan Zərdab rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq saatda 90 km sürət rejimi tətbiq olunan yolda – Bakı-Qazax yolunda sürrət həddini iki dəfədən çox aşaraq saatda 190-la hərəkət edib.
Sayt bildirir ki, yol polisi dövlət məmurlarının bu cür qayda pozuntularına göz yumur.
Qeyd edək ki, Azərbaycan yollarında qanunla icazə verilən maksimum sürət həddi 110 km-saatdır. İcra başçısının xidməti avtomobili 90-lıq yolda 190-la hərəkət etdiyi üçün avtomobili idarə edən sürücü İnzibati Xətalar Məcəlləsinə əsasən, 250 manat və 5 cərimə balı ilə cəzalandırılmalıdır.
Avtosfer.az-ın apardığı kiçik bir araşdırmadan sonra məlum oldu ki, 63 AA 001 dövlət qeydiyyat nişanlı avtomobil sığortasızdır. Bu avtomobilin icbari sığortasının müddəti ötən il sentyabrın 25-də bitib.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











