Dəmiryolunda ölümə gedən sürücülərimiz də var – REAL VİDEO

Sürücülər dəmiryol keçidlərində daha diqqətli və səbirli olmalıdr. Çünki dəmiryol keçidləri çox təhlükəli yer sayılır. Avtosfer.az saytının kamerasına düşən 10-MR-070 qeydiyyat nişanlı «Mercedes» markalı avtomobilin sürücüsü fevralın 17-də Heybət-Puta mənzilinin 513 km-də yerləşən qorunan dəmiryol keçidində qırmızı işıq yanan vaxt dəmiryol keçidinə daxil olaraq qaydaları kobud şəkildə pozub. Ondan sonra keçidə yaxınlaşan 99-CN-664 qeydiyyat nişanlı «Mitsubishi» markalı avtomobilin sürücüsü sanki həyatından bezibmiş kimi və özünə qəsd etmək məqsədilə şlaqbaumun aşağı düşməsini görərək keçidə daxil olub təhlükəli hərəkət edib.
«Yol hərəkəti haqqında» qanunun 44-cü maddəsinin III hissəsinin 1-ci bəndində qeyd olunub ki, svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda keçidə girmək qadağandır. Həmçinin 2-ci bənddə qeyd olunub ki, svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq) keçidə girmək qadağandır. Amma videoda gördüyümüz mənzərə onu göstərir ki, bəzi sürücülər ya qaydalara bilmir, ya da canlarından beziblər. Bu cür sürücülər məsuliyyətdən kənar qalmamalıdır. Öz həyatlarını təhlükəyə atan bu sürücülər üçün bizim həyatımız heç maraqlı da deyil.
Təbriz
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












