DYP-dən reyd: 9 nəvəsini "06"-da gəzdirən baba saxlanıldı - VİDEO

Astarada rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən minik nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib. Avtosfer.az APATV-yə istinadən xəbər verir ki, şəhərin mərkəzi Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də iki saat ərzində aparılan yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə saxlanılaraq baxış keçirilib. Əsas məqsəd sərnişindaşıma xidməti ilə məşğul olan sürücülərdən nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz vəziyyətdə idarə edənləri aşkar etmək olub. DYP əməkdaşlarına tabesizlik göstərən sürücülər də olub. Tabesizlik göstərən 4 sürücü, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan 15 sürücü və digər pozuntulara görə 11 sürücü barəsində protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunub. Yol polisi bölməsinin rəisinin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











