DYP turizm bölgəsində reyd keçirdi: istirahətə gələn sürücülər cərimələniblər - FOTO + VİDEO

Qax rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçiriblər. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun turizm bölgəsində təşkil olunan reyd Baş Dövlət Yol Polisi alayının 5-ci tağımı və Qax rayon Yol Patrul Xidmətinin (YPX) əməkdaşlları tərəfində keçirilib. Rayonun turizm bölgəsi olan İlisu kəndi ərazisində keçirilən reyd zamanı 100-dən çox avtomobil saxlanılıb. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 35 sürücüyə qarşı protokollar tərtib edilib və onlar cərimələniblər. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də yerli sakinlər olub. Reydin keçirilməsində əsas məqsəd yollarda baş verən qəzaların, yüksək sürət həddini aşan sürücülərin, kobud qayda pozan və qanunsuz avtomobil idarə edənlərin qarşısını almaqdan ibarət olub. Reyd zamanı avtomobildə artıq sərnişin daşıyan sürücülər də cərimələniblər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO



















