"El Peruano" qəzeti "Formula 1"dən yazdı

Perunun ən nüfuzlu qəzetlərindən biri olan "El Peruano" qəzetində Azərbaycanda keçirilən "Formula 1 Avropa Gran pri" yarışlarına həsr edilmiş "Formula 1 Azərbaycanda" sərlövhəli məqalə dərc edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı Diplomatik Nümayəndiliyndən milli.az-a verilən məlumata görə, məqalədə Şərqlə Qərbin sərhədində yerləşən, çoxəsrlik ənənələri, tarixi, təbii sərvətləri, özünəməxsus tarixi abidələri və nəfis mətbəxi olan müasir Azərbaycan təsvir edilir. Azərbaycan xalqının qonaqpərvərliyi və burada keçirilən müxtəlif beynəlxalq tədbirlərə dünyanın hər yerindən çoxsaylı qonaqların gəlməsindən söz açılır. Xüsusən 2012-ci ildə Azərbaycanın paytaxtı - dünyanın ən gözəl şəhərlərdən biri olan Bakıda Avroviziya mahnı müsabiqəsinin keçirilməsi və 2015-ci ildə Birinci Avropa Olimpiya oyunlarının baş tutması qeyd olunur.
Məqalədə 17-19 iyunda Azərbaycanın tarixində Bakıda ilk dəfə "Avropa Formula 1 Grand pri" yarışının keçirilməsindən danışılır. Şəhərin gözəl yerləri, o cümlədən qədim İçərişəhərdən söz açılır, onun Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edildiyi bildirilir, geniş prospektlər, futurist binalar, füsunkar dənizkənarı park və Formula 1 peşəkar iştirakçılarının yarışacaqları ideal yollar təsvir edilir. Məqalədə bildirilir ki, yarış halqası 6 km-dir, uzunluğuna görə bu, Belçika Spa trasından sonra ikinci və Formula 1 təqvimində ən uzun küçə yarışıdır.
Məqalə ilə http://www.elperuano.com.pe/noticia-la-formula-1-azerbaiyan-41996.aspx linki vasitəsilə tanış olmaq mümkündür.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











