Əməkdar artist bu videoya görə polisə çağrıldı - VİDEO

Əməkdar artist Səlim Abbasov yol hərəkət qaydalarını pozub. Skripka ifaçısı maşında çəkdiyi bir videonu sosial şəbəkədə paylaşıb. Avtosfer.az-ın verdiyi məlumata görə, görüntüdə S.Abbasovun azyaşlı uşağı avtomobildə qabaq oturacaqda əyləşdirdiyi, təhlükəsizlik kəmərindən istifadə etmədiyi əks olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov hadisəyə münasibət bildirib: “Təhlükəsizlik kəmərindən istifadə etməmək və azyaşlı uşağın qabaq oturacaqda əyləşməsi faktı var. Maşının hərəkət edib-etməməsi araşdırılacaq. Səlim Abbasov bölməyə dəvət olunub. Danışılıb, məsələyə aydınlıq gətiriləcək. Onun verəcəyi izzahat əsasında inzibati xəta tərkibi varsa, əməkdar artist cəzalandırılacaq”.
S.Abbasov isə avtomobili ara küçədə idarə etdiyini deyib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











