Eməni "avtoş" qız rus polisi ilə “məzələndi” - VİDEO

Moskvada “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun (milliyyətcə tatardır) oğlu Ruslan Şamsuvarov ilə avtoşluq edən 22 yaşlı erməni Mara Baqdasaryan yenidən Moskva küçələrinə çıxıb və yol hərəkət qaydalarını kobud şəkildə pozmaqda davam edir. A24. Az xəbər verir ki, bir neçə ay bundan əvvəl təcridxanadan azadlığa çıxan Baqdasaryanın cərimələri 250 min rublu keçib. Artıq gənc qız haqqında cinayət işi açılıb.
Mara Baqdasaryan özünü “prokuror qızı” kimi təqdim edir. Lakin əslində o, ət emalı kombinatının sahibi Elmar Baqdasaryanın qızıdır. Mara 15 yaşından maşın sürür və qatı avtoxuliqan kimi tanınır. Onun balansında yüzlərlə ödənilməmiş cərimə və yol qəzaları var. Mara Baqdasaryan ötən il Moskvada dəhşətli qəza törədib. Onun idarə etdiyi "BMW X6" avtomobili Kutuzovsk prospektində saatda 200 kilometr sürətlə hərəkət edərək qarşı hərəkət zolağına çıxıb və "Range Rover"lə toqquşub. Toqquşma o qədər güclü olub ki, BMW-nin içərisindəkilər avtomobilin qabaq şüşəsindən çıxaraq onlarla metr havada uçublar. Bu qəzada 3 nəfər həlak olub, onlardan biri polis əməkdaşıdır. Qəzada Mara sağ qalıb, lakin sükan arxasında məhz onun olduğunu sübut etmək mümkün olmadığından həbs edilməyib.
Sonuncu avtoxuliqanlıq əməlinin 3 iştirakçısı barədə inzibati həbs qərarları verilsə də, erməni qızı yenə də azadlıqdadır və bu dəfə patrul polisi ilə saatda 120 kilometr sürətlə “məzələnir”…
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











