Erməni tanklarını məhv edən möhtəşəm silahımız - VİIDEO

Azərbaycan ordusunun arsenalında olan bir çox silahlar erməniləri təşvişə salıb. Belə silahlardan biri də tank əleyhinə idarə olunan raket "Spike"dır. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, "Spike" tank əleyhinə idarə olunan (mənası "neştər" deməkdir) raketini İsrailin "Rafael" şirkəti istehsal edir. Bu raket NLOS sinfinə daxildir - yəni Non-Line Of Sight, - görünüş zonasından kənarda qalan uzaq hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub. 1981-ci ildə İsrail ordusunun arsenalına daxil edilsə də, uzun müddət məxfi saxlanılıb. Bu raketin mövcudluğu yalnız 2010-cu ildə açıq bəyan edilib. Raketdən ilk dəfə 2006-cı ildə Livanda gedən döyüşlər zamanı "Hizbullah"a qarşı istifadə olunub. Hazırda dünyanın 17 ölkəsi bu silaha sahibdir.
Hədəfi 95% dəqiqliklə vuran Spike NLOS raketinin çəkisi 75 kq, uzunluğu 1,5 metrdir. 25 kilometrə qədər olan hədəfləri vura bilir. Raketlərdə kumulyativ, yaxid fuqas tipli döyüş başlığından istifadə oluna bilər.
Raket hədəfi avtonom şəkildə də vura bilir, operatorun nişan alması ilə də. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşunu korrektə edə bilər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











