"Ferrari" Formula 1-in səhmlərini satın almaq istəyir

"Ferrari" şirkəti Formula 1-in səhmlərinin bir hissəsini satın almaq niyyətindədir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu İtaliya brendinin prezidenti Serco Markyonne f1i.com-a açıqlamasında bildirib. Markyonne hazırda "Liberty Media" ilə danışıqlar apardıqlarını söyləyib: "Biz Formula 1-in səhmlərinin alınması imkanlarını araşdırmağa başlamışıq. Hazırkı iştirakçıların mövcud kollektiv müqaviləsinin müddəti 2020-ci ildə başa çatır. Biz bundan sonra nələrin baş verəcəyini anlamalıyıq. "Ferrari" bilməlidir ki, Formula1-in investisiyaları necə olacaq. Bununla bağlı məsələ aydınlaşdıqdan sonra bizim üçün qərar vermək də asanlaşacaq". Qeyd edək ki, Formula 1-ə 40 il rəhbərlik etmiş Berni Ekklstoun yanvarın 23-də vəzifəsindən getdiyini açıqlayıb. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb. Lakin sözügedən şirkər səhmlərin bir hissəsini 400 milyon dollar qarşılığında satmağı planlaşdırır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











