“Formula-1” Avropa Qran Pri yarışları zamanı internet problemi olmayacaq

“Formula-1” Avropa Qran Pri yarışlarında daha keyfiyyətli xidmətlər göstərmək üçün çalışacağıq. Belə ki, lazımi məlumatların fasiləsiz ötürülməsi üçün dayanıqlı mobil rabitə sistemi qurulacaq, yüksəksürətli və davamlı internet xidmətləri təşkil ediləcək. Söhbət yarışların telekommunikasiya xidmətləri ilə hansı səviyyədə təmin edilməsindən gedirsə, deməliyəm ki, bunun üçün yaradılan işçi qrupu bütün texniki imkanlardan yararlanaraq dayanıqlı sistem qurulması üçün çalışır.
Avtosfer.az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə “The Business Year” jurnalına müsahibəsində bildirib.
“Eyni zamanda, oyunların dünyaya yayımı üçün bütün müasir resurslardan, o cümlədən “Azerspace-1” peykinin imkanlarından istifadə ediləcək. Yarışların yayımının yüksək keyfiyyət standartlarına uyğun aparılması üçün xüsusi radiotezliklər ayrılacaq.
İndi yeni medianın auditoriyası ənənəvi mediadan daha genişdir və onlayn izləməyə tələbat böyükdür. Bunu nəzərə alaraq, yarışların internet üzərindən də yüksək keyfiyyətli yayımı nəzərdə tutulur”, - deyə nazir əlavə edib.
R.Quluzadə həmçinin telekommunikasiya xidmətlərinin keyfiyyətindən çoxsaylı yarış iştirakçıları, təşkilatçılar və turistlərin məmnun qalacağına inandığını bildirib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











