"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb
Avtoreyd
19 İyun 2016 18:38
Oxunub 1543
"Tora Rossa" komandasının hər iki pilotu trasdan çıxıb
Bakıda "Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb. Avtosfer.az trend-ə istinadən məlumatına görə, "Tora Rossa" komandasının hər iki pilotu trasdan çıxıb.
Daniil Kvyat 6-cı, Karlos Sayns isə 33-cü döngədə mübarizəni dayandırıb.
"Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.
Hazırda "Mercedes" pilotu Niko Rosberq liderlik edir. Sonrakı yerləri Sebastayn Fettel və Kimi Raykonen (hər ikisi "Ferrari") tuturlar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR