“Formula-1” Avropa Qran Prisinin kuboku ictimaiyyətə təqdim olundu - FOTO

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda ilk dəfə keçirilən “Formula-1” Avropa Qran Prisindən sonra yarışın rəsmi kubokunu ictimaiyyətə təqdim edib.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a daxil olan məlumatda bildirilir ki, kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladır.
Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilib. Burada su, özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir. Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundament ön üzündə “Formula-1”-in loqosu əks olunur. Kubokun fundamentinin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub.
Kubok, forma və dizayn baxımından birlik və tərəqqi konsepsiyası çərçivəsində ərsəyə gətirilib və əsas simvolik milli elementlər olan od, hava və suyun bədii tərənnümü vasitəsi ilə ölkənin mədəni irsi və kimliyini əks etdirmək üçün xüsusi olaraq hazırlanıb. Bununla da, kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











